Putin üç il müharibəni boş yerə sərf edib..?

5 May 2025 00:04 (UTC+04:00)

...İndi aydın oldu ki, Putin Rusiyasını Ukraynaya qarşı təcavüzünə nə sövq edir – insan resursları, siyasi ambisiyalar, nəhəng şist qazı ehtiyatları və nadir torpaq materialları... Xüsusi hərbi əməliyyatın bütün digər məqsədləri - Ukrayna əraziləri, NATO, Avropa İttifaqı, inanc, təhlükəsizlik, dil, millətçilik - yandırıcı demaqogiya və Kremlin əsl maraqlarını ört-basdır etmək əməliyyatı imiş..?

Deməli, SİA-nın məlumatına görə, bu fikirlər, “Ukrayna Barometri” sosioloji xidmətinin direktoru Viktor Nebojenkoya məxsusdur.

Onun “Feysbuk”da yazdığına görə,..lakin Putin üç illik müharibəni boş yerə sərf edib. Belə ki, o bu ərəfədə yüz minlərlə öz və başqa xalqların nümayəndələrini məhv edərək, bir vaxtlar çiçəklənən Ukraynanın cənub-şərqini də yerlə-yeksan edib.

...Və bu dəhşətli müharibənin “iqtisadi mükafatı” Putin Rusiyasına deyil, indi müharibənin nəticələrini Kreml üçün neytrallaşdırmaq və Rusiyanı tarixi sərhədləri daxilində bağlamaq üçün hər şeyi edəcək ABŞ-a verilib.

...İndi belə görünür ki, Putinin şəxsi gücü zəiflədikcə, ABŞ Çinlə birlikdə deformasiyaya uğramış Rusiya Federasiyasının bir hissəsi ilə eyni sövdələşməni edəcək..?

Əli Babayev