Qudiyalçaydan sel keçir

4 May 2025 13:16 (UTC+04:00)

Mayın 4-ü saat 12:00-a olan məlumatına əsasən hazırda ölkənin əksər çaylarında sululuq artıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, yağan leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqaz ərazisindən axan Qudiyalçaydan sel keçir.