...Polşa ABŞ-ın dəyişən xarici siyasət kursu və Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda öz silah istehsalını artırmaq üçün əlindən gələni edir.
SİA xəbər verir ki, “Financial Times”-ın yazdığına görə, “Nevyaduve” zavodu silah istehsalını artırmaq, ABŞ-dan asılılığı azaltmaq, NATO və Avropa İttifaqının Ukraynaya dəstək verməklə Polşanın Rusiya təcavüzünü dəf etmək səylərinə töhfə verir.
...Onun 80 hektar ərazisi tərk edilmiş sınaq meydançaları və vaxtilə sovet silahlarının, o cümlədən “S-5” raketlərinin istehsalı üçün istifadə edilmiş binalarla doludur.
Bunu nəşr yazır.
“Nevyaduve” zavodunun menecerləri və digər kiçik istehsalçılar gileylənirlər ki, Polşa Silah Qrupu (PGZ) dövlətə məxsus konqlomerat tərəfindən bazardan sıxışdırılıb çıxarılır və o, hətta silahlı qüvvələrin bəzi əsas ehtiyaclarını - təkcə döyüş sursatı deyil, həm də çəkmələr və dəbilqə kimi zəruri ehtiyaclarını ödəmək üçün mübarizə aparır.
Müdafiə naziri Vladislav Kosiniyak-Kamış bu vəziyyətlə bağlı deyib ki, “...məndən əvvəl hamının səhv etdiyini söyləmək mənim təbiətimə uyğun deyil, lakin bu halda onlar həqiqətən uğursuz oldular - onlar Polşa hərbi sənayesini inkişaf etdirməyiblər”.
Polşanın istehsal problemləri bu il müdafiəyə ÜDM-in 4,7 faizini xərcləyərək hərbi xərclərdə NATO-ya liderlik edən ölkə olmasına rəğmən yaşanır.
Öz növbəsində müdafiə nazirinin müavini Sezari Tomçik hərbi texnikanın büdcəsinin 50 faizinin Polşa istehsalçılarına verilməsinə çağırıb.
...Lakin bu məqsədə nail olmaq üçün hərbi satınalmaların açılmasını tələb edəcək,-deyə Tuska tənzimləmənin ləğvi ilə bağlı məsləhət verən milyarder sahibkar Rafal Brzoska bildirib.
...Polşada heç bir şey şəxsi biznes tərəfindən istehsal olunmayıb, lakin ABŞ-da “F-35” və başqa hər şey dövlət tərəfindən deyil, özəl şirkətlər tərəfindən istehsal olunur.
Bunu da Brzoska vurğulayıb.
...Eyni zamanda, Tusk hökuməti hər şeyə baxmayaraq, ABŞ-dan silah almağa davam edir. Son bir ayda Polşa “Patriot” hava hücumundan müdafiə sistemlərini gücləndirmək üçün 2 milyard dollarlıq, eləcə də hava-hava raketləri almaq üçün 1,3 milyard dollarlıq müqavilə bağlayıb.
Polşalı silah ustası Yaroslav Kruk bildirib ki, “...siyasətçilərimiz hər şeyi daha çox polyaklaşdırmaq barədə ictimai çıxışlar edə bilər, lakin sonra Vaşinqtondan zəng alanda ABŞ ilə müqavilə imzalayacaqlar. Biz amerikalıları və onların ordusunu sevirik, mən həqiqətən də onlardan tamamilə asılı qalacağımızı düşünürəm”.
Əli Babayev