Bakıda bədii gimnastika üzrə Avropa Kubokuna bu gün yekun vurulacaq

4 May 2025 12:06 (UTC+04:00)

Bakıda bədii gimnastika üzrə Avropa Kubokuna bu gün yekun vurulacaq. SİA xəbər verir ki, dördüncü - sonuncu yarış günündə ayrı-ayrı alətlər üzrə fərdi və qrup hərəkətləri proqramlarında mükafatçılar müəyyənləşəcək.

Bu gün, idmançılar həmçinin çarpaz qarşılaşmalarda da qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, turnirdə 25 ölkədən 170-dən çox gimnast iştirak edir.