Qubada qəzada ölən və yaralanan gənclərin kimliyi müəyyənləşib - YENİLƏNİB

4 May 2025 12:05 (UTC+04:00)

Qubada baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi müəyyənləşib. SİA-nın bölgə müxbiri xəbər verir ki, "Toyota" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vatitəsi yolun kənarındakı maneəyə çırpılıb.

Qəza zamanı maşındakı sərnişin, 2000-ci il təvəllüdlü Beyləqan rayon sakini Yusifli Yusif Cabir oğlu hadisə yerində ölüb.

Sürücü, Quba rayon sakini 2004-cü il təvəllüdlü İbrahimov Heydər Telman oğlu isə xəsarətlər alıb.