Pakistan uzaqmənzilli raketi sınaqdan keçirdi

4 May 2025 11:14 (UTC+04:00)

Pakistan Hindistanla artan gərginlik fonunda uzaqmənzilli raketi sınaqdan keçirib. SİA xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Pakistan hərbçilərinə istinadən məlumat yayıb. "Abdali” yer-yer raketinin buraxılışı qoşunların əməliyyat hazırlığının təmin edilməsi və əsas texniki parametrlərin sınaqdan keçirilməsi məqsədi daşıyıb. Təlim silahın naviqasiya sisteminin və manevr xüsusiyyətlərinin sınaqdan keçirilməsi çərçivəsində keçirilib", - məlumatda deyilir.