Azərbaycan Basketbol Liqası: “Neftçi” və “Sabah” final seriyasında ikinci matça çıxacaq

4 May 2025 09:14 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasının final seriyasında bu gün “Neftçi” və “Sabah” ikinci matça çıxacaq. SİA-nın məlumatına görə, Bakı İdman Sarayında keçiriləcək görüş saat 14:00-da başlayacaq.

İlk matçda "Sabah" "Neftçi"ni 94:89 hesabı ilə məğlub edib.

Final seriyasında 4 qələbə əldə edən komanda çempion olacaq. Növbəti iki matçın 6 və 8 mayda təşkili planlaşdırılır.