İranın XİN rəhbəri Pakistan və Hindistana səfər edəcək

4 May 2025 04:29 (UTC+04:00)

İranın xarici işlər naziri Abbas Əraqçi bazar ertəsi Pakistana, daha sonra Hindistana səfər edəcək. SİA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi məlumat verib. Onun sözlərinə görə, bu səfər qonşu dövlətlərlə müntəzəm məsləhətləşmələrin tərkib hissəsidir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, səfər zamanı Əraqçi Pakistanın yüksək rütbəli rəsmiləri ilə görüşərək ikitərəfli əlaqələr, həmçinin son regional və beynəlxalq hadisələri müzakirə edəcək. Bəqayi əlavə edib ki, gələn həftənin sonunda yüksək səviyyəli İran diplomatı da rəsmi səfərlə Hindistana gedəcək.