Yaşar Gülər Aqil Qurbanov ilə görüş keçirib

3 May 2025 20:28 (UTC+04:00)

Mayın 3-də Lefkoşada Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov ilə görüş keçirib.

SİA xəbər verir ki, görüş Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtında davam edən “TECHNOFEST-2025” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı çərçivəsində baş tutub.

Qardaş ölkənin Müdafiə Nazirliyinin hesablarında görüşün fotoları yerləşdirilib.