ABŞ-da elektrik enerjisi kəsilə bilər...

3 May 2025 20:06 (UTC+04:00)

...ABŞ Daxili İşlər Naziri Doug Burgum xəbərdarlıq edib ki, ölkədə elektrik enerjisi istehsalı ilə bağlı problemlərə görə hələ bu ilin yayında böyük bir elektrik kəsilməsi ilə üzləşə bilər.

SİA-nın məlumatına görə, bu barədə o, Fox News-a müsahibəsində bildirib.

...Biz bu həftə İspaniyada baş verənləri gördük. Bu, Amerikada bu yay baş verə bilər, - siyasətçi deyib.

Onun sözlərinə görə, mümkün enerji böhranı riskinə görə məsuliyyət əvvəlki prezident Cozef Baydenin üzərinə düşür. Aprelin 28-də İspaniyada, xüsusilə Madrid və Barselonada, Portuqaliyanın Lissabon, Alqarve və Koimbra şəhərlərində, Fransanın Burqundiya bölgəsində, Andorrada, Hollandiya və Belçikada genişmiqyaslı elektrik enerjisi kəsildiyi bildirilib.

Əli Babayev