Ukrayna Amerikanın hava hücumundan müdafiə sistemləri ala bilər

3 May 2025 19:07 (UTC+04:00)

Ukraynanın mineral ehtiyatlarına dair razılaşma Amerikanın hava hücumundan müdafiə sistemlərinin Ukraynaya yeni tədarükünə yol aça bilər.

SİA-nın məlumatına görə, “Ukrinform” xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski media ilə söhbətində danışıb.

Onun sözlərinə görə, iki prezidentin Vatikanda keçirilən qısa görüşü zamanı zenit sistemlərinin tədarükü məsələsi müzakirə mövzularından biri olub.

Zelenskinin sözlərinə görə, Tramp Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi istiqamətində işləməyə hazır olduğunu bildirib.

...Hesab edirəm ki, birgə investisiya fondu və faydalı qazıntılar haqqında sazişin özü bizə gələcək ABŞ investisiyalarını qorumaq imkanı verir. Xüsusilə torpağımızı və xalqımızı hava hücumundan müdafiə ilə qorumaq. Və buna görə də biz hava hücumundan müdafiə sistemlərinin buna töhfə verməyə hazırıq. Mən Trampa Ukraynanın ehtiyac duyduğu hava hücumundan müdafiə sistemlərinin sayını dedim. Cavab verdi ki, bunun üzərində işləyəcəklər. Bunlar pulsuz şeylər deyil. Mən istərdim ki, bizim Amerika silahlarını almaq imkanı olsun.

Zelenski bildirib bunu.

Əli Babayev