Bəs, onda niyə deyirlər, bir qumardan, bir atdan, bir də...

3 May 2025 21:05 (UTC+04:00)

...Deməli, İslam adlı yerli sakinin bir il əvvəl satdığı atın yenidən ona qaytması xəbəri sosial şəbəkə istifadəçilərini də sevindirib.

SİA-nın “Mash”dan əldə etdiyi məlumata görə, hadisə İnquşetiyada yaşanıb.

Belə ki, İslam hələ tay olanda Mayor adlı bir at alıb. At onun sevimli ev heyvanı və əsl dostu olub.

Lakin təqribən bir il əvvəl həmin şəxs çətin maddi vəziyyətə düşüb və atı satmaq məcburiyyətində qalıb.

Məlum olub ki, bu nəcib heyvan bütün bu müddət ərzində əvvəlki sahibi ilə emosional əlaqə saxlayıb və anı ələ keçirərək 10 kilometr məsafə qət edərək əvvəlki evinə qaçıb. İslam və ailəsi atın hərəkətindən çox təsirlənərək onu sığallayıb qucaqlamağa başlayıblar.

Və kişi yenidən ev heyvanına “xəyanət etməyi” özünə sığışdıra bilməyib və 300 min rubl borc edərək heyvanı geri alıb.

Nazlı Almuradova