Alimlər ağacların “söhbətini” dinləyib və inanılmaz kəşf ediblər...

3 May 2025 22:14 (UTC+04:00)

...Bitkilər şifahi ünsiyyət qura bilməyən lal canlılar hesab olunur. Lakin elm adamlarının araşdırmaları göstərir ki, ağacların bir orqanizmdən digərinə bəzi vacib məlumatları ötürməyə qadir olan öz rabitə sistemi var.

SİA-nın məlumatına görə, bu barədə New Atlas yazır. Avstraliyanın Southern Cross Universiteti və İtaliya Texnologiya İnstitutundan olan beynəlxalq alimlər qrupu ilk dəfə olaraq Dolomitlərdəki Kosta Bokçe meşəsindəki ağcaqayın ağaclarının “həmkarlarını” günəş tutulmalarına yaxınlaşmaq barədə xəbərdar etmək üçün bioelektrik siqnallardan istifadə etmələrinin xüsusi üsullarını sənədləşdiriblər.

Üstəlik, bu siqnalları ilk olaraq yaşlı ağaclar göndərir ki, bu da həyat boyu əldə edilmiş biliklərin “gəncliyə” ötürülməsi kimi qiymətləndirilə bilər.

Tədqiqat müəlliflərinin qeyd etdiyi kimi, onların tədqiq etdikləri ağcaqayın meşə şəbəkəsi ətraf mühitin dəyişməsinə hazırlaşmaq zərurəti barədə qonşuları xəbərdar edən sistemə malikdir.

Əsas məqam odur ki, bu mesajlar reaktiv deyil, proaktivdir. Yəni bu, artıq başlanmış bir prosesə reaksiya deyil, daha çox tezliklə nələrin başlayacağı ilə bağlı xəbərdarlıqdır.

Bu vəziyyətdə, astronomik hadisənin başlamasından bir neçə saat əvvəl ağacların bir-birinə siqnal verdiyi günəş tutulmalarından danışırdıq.

Bunu anlamaq üçün bir qrup elm adamı ultra həssas sensorlar şəbəkəsindən istifadə edərək ağacların bioelektrik impulslarını ölçüb.

Müşahidə göstərib ki, Günəş tutulmasından bir neçə saat əvvəl siqnal aktivliyi dəyişib və “mesaj” yayıldıqca bütün ağaclar “sinxronlaşmağa” başlayıb.

Maraqlıdır ki, bu “mesajı” ilk göndərənlər qoca ağaclar olub. Alimlər qeyd edirlər ki, söhbət müəyyən maddələrin buraxılmasından deyil, elektrik siqnallarının mübadiləsindən gedir.

...Qoca ağacların ilk növbədə reaksiya verməsi - potensial olaraq meşənin kollektiv reaksiyasına təkan verir - onların keçmiş ekoloji hadisələrin yaddaş bankı kimi rolu haqqında çox şey deyir. Bu kəşf əvəzolunmaz ekoloji biliklərin qorunması və ötürülməsi yolu ilə ekosistemin dayanıqlığının sütunları kimi xidmət edən köhnə meşələrin qorunmasının kritik əhəmiyyətini vurğulayır.

Bunu tədqiqatçılar deyir.

Əli Babayev