2032-ci ildə Yer asteroidlə toqquşa bilər..?

3 May 2025 23:25 (UTC+04:00)

...2024-cü ildə astronomlar Yerə yaxın olan 2024 YR4 asteroidini kəşf etdilər ki, bu da mütəxəssislərin narahatlığına səbəb olur. Səma cisimlərinin potensial təhlükəsini səciyyələndirən Torino şkalası üzrə Yerlə toqquşma riski 10 baldan 3 balla qiymətləndirilir ki, bu da asteroidi potensial təhlükəli edir.

SİA-nın məlumatına görə, YR4-ün Yerlə toqquşma ehtimalı azdır, lakin son müşahidələr asteroidin trayektoriyasının dəyişdiyini və 2032-ci ildə toqquşma ehtimalını artırdığını göstərdi.

Əgər asteroid həqiqətən də Yer atmosferinə daxil olarsa, onun enerjisi 10-20 Çelyabinsk meteoritinə bərabər olacaq. O, okeana düşərsə, güclü sunamilərə və dağıdıcı hadisələrə səbəb ola bilər.

Bəzi qeyri-müəyyənliyə baxmayaraq, elm adamları birbaşa toqquşma ehtimalının az olduğunu vurğulayırlar.

YR4-ün orbitinin yekun qiymətləndirilməsi 2028-ci ildə Yer kürəsinə ən yaxın uçuşunu etdikdə aparılacaq.

Nazlı Almuradova