Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin təşkilatçılığı ilə 3 May Türkçülük Günü münasibətilə "Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi" adlı panel iclası keçirilir.
SİA xəbər verir ki, tədbir torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə və Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnlərinin səsləndirilməsi ilə başladı.