“Alrosa” almaz hasilatı şirkəti Rusiya tarixindəki ən böyük almazı, çəkisi 100 karatdan çox olan “Yeni Günəş”i hərracda satmağı planlaşdırır.
SİA xəbər verir ki, bu barədə Yakutiyanın rəhbəri Aysen Nikolayev məlumat verib.
O, TASS-ın şirkətin gələcəkdə qiymətli daşla nə etməyi planlaşdırdığı ilə bağlı sualına “Onu hərracda satacağıq” cavabını verib.
Xatırladaq ki, almaz (Vivid Yellow) Arktika şəraitində aşkar edilmişdir. Onun yaşı təxminən bir milyard il olaraq qiymətləndirilir. Almazın kəsilməsi iki ildən çox vaxt aparıb və 15 mütəxəssisin işini cəlb edib.
Daşın rəngini və parlaqlığını ən yaxşı şəkildə ortaya qoyacaq formanı seçməli idilər. Ancaq eyni zamanda, onların qarşısında çətin bir vəzifə var idi: rekord ölçüsünü qorumaq.
Şirkət hələlik hərracın başlanğıc qiymətini və onun şərtlərini açıqlamayıb. Bundan əlavə, ticarətin başlama tarixi naməlum olaraq qalır.
Nazlı Almuradova