Xarkova PUA hücumu: 40-a yaxın yaralı var

3 May 2025 01:42 (UTC+04:00)

Rusiya pilotsuz uçuş aparatları (PUA) ilə Xarkovun bir neçə rayonuna hücum edib. SİA “Unian”a istinadən xəbər verir ki, hücum nəticəsində 36 nəfər yaralanıb. Zərbələr çoxmənzilli yaşayış binasına ziyan vurub.