“Traktor” klubu tarixində ilk dəfə ölkə çempionu olub

2 May 2025 22:49 (UTC+04:00)

Təbrizin "Traktor" komandası tarixində ilk dəfə İran çempionu olub.

SİA xəbər verir ki, Cənubi Azərbaycan klubu XXVIII turda səfərdə "Şams Azər"ə 4-0 hesabı ilə qalib gəlib.

Bu nəticədən sonra xallarının sayını 64 yüksəldən "Traktor" sona iki tur qalmış ən yaxın izləyicisi "Sepahan"ı 8 xal qabaqlayaraq çempion adını sahib çıxıb.