Verstappen ilk dəfə ata olub...

2 May 2025 19:13 (UTC+04:00)

Dördqat Formula 1 çempionu, Red Bull-un holland pilotu Maks Ferstappen ilk dəfə ata olub.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə idmançı İnstaqram səhifəsində məlumat verib.

Yarışçı və onun üçqat Formula 1 çempionu Nelson Piketin qızı, sevimli Kelli Piketin Lili adlı qız uşağı dünyaya gəlib. …Ürəklərimiz həmişəkindən daha doludur - sən bizim ən böyük hədiyyəmizsən. Biz sizi çox sevirik.

Ferstappen bunu yeni doğulmuş körpənin şəklinin altına yazıb.

Bu, Pikenin ikinci övladıdır. O, əvvəllər rus pilot Daniil Kvyat ilə görüşüb və 2019-cu ildə qızı Penelopanı dünyaya gətirib.

Cari mövsümün beş turundan sonra Verstappen turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Onun hesabında 87 xal var. Hollandiyalı sürücü 2021, 2022, 2023 və 2024-cü illərdə Formula 1 çempionu olub.

Nazlı Almuradova