Azərbaycan komandası Avropa Kubokunda qızıl medal qazanıb

2 May 2025 17:12 (UTC+04:00)

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda qızıl medal qazanıb. SİA-nın məlumatına görə, Yelizaveta Luzan, Ləman Əlimuradova, Kamilla Əliyeva, Darya Sorokina və Sofiya Məmmədovadan ibarət kollektiv yarışda birinci olub.