Azərbaycan paraüzgüçüsü Fransadakı yarışda finala yüksəlib

2 May 2025 16:16 (UTC+04:00)

Azərbaycan idmançısı Əli Vəliyev Fransanın paytaxtı Parisdə keçirilən Dünya Paraüzgüçülük Seriyasının gənclər kateqoriyasında finala yüksəlib. Bu barədə SİA-ya Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Paralimpiyaçı 100 metr məsafəyə sərbəst üsulla üzməkdə 1 dəqiqə 1,58 saniyə nəticə göstərib.