Ədliyyə naziri İmişlidə vətəndaşları qəbul edib - FOTOLAR

2 May 2025 16:15 (UTC+04:00)

Ədliyyə naziri Fərid Əhmədov bu gün İmişli şəhərində vətəndaşları qəbul edib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, qəbulda Beyləqan, Biləsuvar, İmişli, Saatlı, Sabirabad və Zərdab rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.