“Çıxışımdan razıyam” - Qızıl medal qazanan idmançı DANIŞDI

2 May 2025 13:51 (UTC+04:00)

“Yarışı iki gümüş, bir qızıl medal qazanaraq yekunlaşdırdım”. SİA xəbər verir ki, bunu kayak üzrə Azərbaycan millisinin üzvü Əlimurad Hacızadə “Prezident kuboku 2025” beynəlxalq reqatasında jurnalistlərə açıqlamasında bildirib.

1000 metr məsafəyə mübarizədə qızıl medal qazanan Hacızadə göstərdiyi performansdan razı qaldığını vurğulayıb: “Yarışlar 3 gün ərzində baş tutdu. Çox gərgin və mübarizəli bir reqata oldu. Bu səbəbdən son dərəcədə soyuqqanlı bir şəkildə öz mübarizəmizi davam etdirdik. Nə bacardımsa onu göstərdim. Rəqiblərim hər il qarşılaşdığım idmançılar idi. Lakin buna baxmayaraq bacardım. Ötən illə müqayisədə daha yaxşı iştirak edərək, öz bacarığımı göstərdim”.

O qarşıdakı planlarından da söhbət açıb: “Qarşıda Slovakiya reqatası, MDB Oyunları, Çexiya reqatası keçiriləcək. Bu yarışlarada yüksək şəkildə hazırlaşamaq üçün əlimizdən gələni edəcəyik”.