Qubada ev yanıb

2 May 2025 09:53 (UTC+04:00)

Qubada 5 otaqlı ev yanıb. Bu barədə SİA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 100 m² sahədə yanıb. Yüksək temperaturdan bitişik sahəsi 30 m² olan talvarın lambirdən ibarət tavanı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.