İrandan ABŞ-la danışıqların təxirə salınmasına reaksiya

2 May 2025 06:43 (UTC+04:00)

Omanlı və amerikalı tərəfdaşlarla birgə qərara gəldik ki, dördüncü danışıqlar raundunu logistika və texniki səbəblərə görə təxirə salaq. SİA xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Arakçı X hesabında yazıb. “İranın mövqeyində heç bir dəyişiklik yoxdur, biz problemi danışıqlar yolu ilə həll etməkdə qətiyyətliyik”, - Arakçı qeyd edib.