Avropa Liqası: "Mançester Yunayted" və "Tottenhem" cavab oyunu öncəsi böyük üstünlük qazanıb

2 May 2025 01:14 (UTC+04:00)

UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verilib. SİA xəbər verir ki, İngiltərənin “Tottenhem” komandası doğma meydanda Norveç təmsilçisi “Budyo Qlimt”i (3:1), “Mançester Yunayted” isə İspaniyada “Atletik”i (3:0) məğlub edib.

UEFA Avropa Liqası

Yarımfinal, ilk oyun

“Tottenhem” (İngiltərə) - “Budyo Qlimt” (Norveç) - 3:1

“Atletik” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) - 0:3

Qeyd edək ki, bu mərhələnin cavab qarşılaşmaları mayın 8-də təşkil olunacaq.