Azərbaycan yığması Millətlər Liqasında ikinci olub

1 May 2025 21:17 (UTC+04:00)

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.

SİA xəbər verir ki, komanda həlledici raundda ev sahibi kollektiv ilə üz-üzə gəlib. Görüşün əsas vaxtı heç-heçə ilə (2:2) yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb. Burada dəqiq olan rəqib Millətlər Liqasının qalibi olub - 3:1.

Milli isə turniri ikinci pillədə başa vurub.