Bakıda “Bahar nəğmələri” adlı möhtəşəm konsert proqramı keçirilib - YENİLƏNİB - FOTOLAR

1 May 2025 21:01 (UTC+04:00)

Bakıda Beynəlxalq Muğam Mərkəzində “Bahar nəğmələri” adlı konsert proqramı keçirilib. SİA xəbər verir ki, konsertdə Şimali Kipr Türk Respublikasının tanınmış ifaçısı, San Remo Mahnı Müsabiqəsinin qalibi Bahar Gökhan və Azərbaycanın Əməkdar artisti, tanınmış pianoçu Nərgiz Əliyeva bu axşam birgə səhnə alıblar. Musiqi axşamı klassik musiqi sevərlərə unudulmaz anlar və bahar əhval-ruhiyyəsi bəxş edib.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyinin təşkilati dəstəyi ilə baş tutub.