Naxçıvanda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyinat olub

1 May 2025 14:42 (UTC+04:00)

Naxçıvanda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyinat olub. SİA xəbər verir ki, bu posta Azər Şahverdi oğlu Məmmədrəhimov gətirilib.

Ona həmçinin Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəsinin müvəqqəti icrası da həvalə edilib.