Pxenyan Kreml səngərlərinə yol çəkir...

2 May 2025 00:25 (UTC+04:00)

...Deməli, SİA-nın məlumatına görə, Britaniyanın BBC xəbər agentliyi ölkənin şimal-şərqində Tumen çayı üzərindən körpünün tikintisinin çərşənbə günü başladığını bildirib.

...Şimali Koreyanın dövlət mediası xəbər verir ki, Şimali Koreya Rusiyaya ilk avtomobil körpüsünün tikintisini ikitərəfli münasibətlərin inkişafında “əhəmiyyətli” addım adlandırıb.

O, iki ölkə arasında mövcud olan yeganə quru əlaqənin, Dostluq körpüsü kimi tanınan sovet dövründən qalan dəmir yolu körpüsünün yanında yerləşəcək.

...Rusiyanın “Kommersant” qəzetinin məlumatına görə, tikintinin 2026-cı ilin ortalarında başa çatdırılması planlaşdırılır.

Körpünün tikintisi Şimali Koreyanın Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək vermək üçün qoşun göndərdiyini ilk dəfə rəsmən təsdiqlədikdən az sonra başlayıb.

Tədbir sərt beynəlxalq sanksiyalar altında olan iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə daha bir işarə oldu.

...Rusiya 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləyə başlayandan bəri Moskva və Pxenyan nəzərəçarpacaq dərəcədə yaxınlaşıblar. Körpünün tikintisi planları Putinin keçən il Pxenyana səfəri zamanı, o, Şimali Koreya ilə "hərtərəfli strateji tərəfdaşlıq" sazişini imzalayanda təsdiqlənib.

Tikintinin başlanması mərasimində Rusiyanın baş naziri Mixail Mişustin bildirib ki, körpü sadəcə mühəndislik layihəsi deyil.

...Bu, dostluq, mehriban qonşuluq münasibətlərini möhkəmləndirmək və regionlararası əməkdaşlığı genişləndirmək üçün ümumi istəyimizi simvolizə edir.

Mişustin bildirib bunu.

...Cənubi Koreyalı qanunvericilər kəşfiyyat məlumatlarına istinad edərək, artıq 600-dən çox Şimali Koreya əsgərinin Ukraynada Rusiya tərəfində döyüşlərdə həlak olduğunu bildirdikləri gün tikinti başlayıb.

Cənubi Koreya rəsmiləri hərbi yardım müqabilində Rusiyanın Pxenyana peyk müşahidəsi, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemləri sahəsində texnologiya təqdim etdiyini bildirib.

Bu həftənin əvvəlində Şimali Koreya bildirib ki, onun qoşunları Ukrayna qüvvələrinin əraziyə qəfil basqından səkkiz ay sonra Rusiya sərhəddindəki Kursk bölgəsini “tamamilə azad etməyə” kömək edib.

...Ukrayna isə öz növbəsində, bölmələrinin hələ də Kursk vilayətində olduğunu iddia edir.

Əli Babayev