Stolüstü tennis üzrə ölkə birinciliyində komanda yarışlarına yekun vurulub. Azərbaycan Stolüstü Tennis Federasiyasından SİA-ya verilən məlumata görə, "Şüa" idman kompleksində keçirilən yarışda 2006-2009-cu il, 2010-cu il və daha kiçik təvəllüdlü idmançılar iştirak ediblər. Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən, 19 yaşadək qızlar arasında “Sumqayıt-1” kollektivi 1-ci yeri tutub. “Bakı-1” ikinci, “Şabran” və “Sumqayıt-2” üçüncü pillədə qərarlaşıb.
19 yaşadək oğlanların yarışında baş mükafata “Bakı-1“ komandası layiq görulüb. Sumqayıt kollektivi ikinci, “Şabran” və “Bakı-2” üçüncü yeri tutub.
U-15 yaş dərəcəsində qızların mubarizəsi “Sumqayıt-1” komandasının qələbəsi ilə nəticələnib. “Bakı-1” ikinci, “Sumqayıt-2” və “Sumqayıt-3” üçuncü pillədə yer alıb.
15 yaşadək oğlanların yarışından isə Şabran idmançıları qalib ayrılıblar. “Bakı-1” ikinci, “Sumqayıt-1” və “Sumqayıt-2” komandaları isə üçüncü yerlə kifayətləniblər.