Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları apreldə cüzi artıb

1 May 2025 12:35 (UTC+04:00)

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 62,5 milyon ABŞ dolları təşkil edib. SİA quruma istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,3 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 0,9 % artıb, son 1 ildə isə 5,1 % azalıb.