Konstitusiya Məhkəməsi indiyə qədər 591 qərar, 172 qərardad qəbul edib

1 May 2025 12:03 (UTC+04:00)

Konstitusiya Məhkəməsi indiyə qədər 591 qərar, 172 qərardad qəbul edib. SİA xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Bakı Dövlət Universitetində “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, məhkəmə 1998-ci ildən fəaliyyət göstərir: "Məhkəmənin ali səlahiyyəti ədalət mühakiməsini həyata keçirmək və konstitusiyanın aliliyini əsas tutmaqdır".

Sədr əlavə edib ki, innovasiyalar hər sahədə olduğu kimi, məhkəmə-hüquq sahəsində də qaçılmazdır.

O bildirib ki, Azərbaycan Konstitusiyasına 1995-ci ildən bəri 3 dəfə dəyişiklik edilib: "Bunlar insan hüquqlarının genişlənməsi, dövlət və cəmiyyətdə inkişaf dinamikası ilə bağlı olan dəyişikliklər olub. İstənilən dövlətin suverenliyi və ərazi bütövlüyü vacib əməllərdən biridir".