"Prezident Kuboku-2025" beynəlxalq reqatasında növbəti yarışlar keçiriləcək

1 May 2025 09:04 (UTC+04:00)

"Prezident Kuboku-2025" beynəlxalq reqatasında bu gün növbəti yarışlar keçiriləcək. SİA-nın məlumatına görə, reqatanın ikinci günündə idmançılar “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.

Qeyd edək ki, ötən gün Suqovuşanda start götürən yarışın ilk günündə Azərbaycanın üç avarçəkəni - Amil Ramazanov, Əlimurad Hacızadə və Mustafa Vəlizadə bürünc medala sahib çıxıblar.

20 ölkədən 200-dən çox idmançının çıxış etdiyi turnirə sabah yekun vurulacaq.