Misirdə güclü qum fırtınası baş verib

1 May 2025 05:17 (UTC+04:00)

Misirdə güclü qum fırtınası baş verib. SİA xəbər verir ki, fırtına səmanı narıncıya çevirib. Qum fırtınası xüsusilə ölkənin şimal-qərbində şiddətini artırıb. Nəticədə Es-Sallum şəhəri demək olar ki, qaranlığa qərq olub. Yerli hakimiyyət sakinlərə lazım olmadıqca küçəyə çıxmamaq barədə çağırış edib.