Dilan Polatın əri və qayınatasına həbs cəzası verildi - FOTO

1 May 2025 04:15 (UTC+04:00)

Türkiyədə sosial media fenomeni Dilan Polatın əri Engin Polat və qayınatası Sezgin Polat məhkəmə tərəfindən həbs cəzasına məhkum ediliblər. Bildirilir ki, İstanbul məhkəməsi ata və oğulu saxta qaimə-faktura yazmaqla dövlətə zərər vurmaq ittihamı üzrə təqsirli bilib. SİA xəbər verir ki, məhkəmə müttəhimlərin hər birinə 5 il 2 ay 15 gün müddətinə həbs cəzası verib.