“Şimal” 1-ci Liqaya yüksəlib

30 Aprel 2025 21:32 (UTC+04:00)

Xaçmazın “Şimal” futbol klubu Azərbaycan 1-ci Liqasına yüksəlib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Futbol üzrə Azərbaycan 2-ci Liqasında mübarizə aparan komanda 23-cü tur çərçivəsində səfərdə “Lerik”ə 4:2 hesabı ilə qalib gəlib. Bununla da sona 3 tur qalmış “Şimal”ın çempionatı 3-cü yerdə tamamlayacağı dəqiqləşib. Ən yaxın izləyicisini 10 xal qabaqlayan xaçmazlılar “Şahdağ” və “Şəfa” klublarından sonra 1-ci Liqaya yüksələn 3-cü komanda olub.

2-ci Liqadan daha bir komandanın 1-ci Liqaya yüksəlmək şansı var. Burada 4-cü olan komanda 1-ci Liqada 9-cu olan komada ilə pley-offda qüvvəsini sınayacaq. Hazırda Qubanı təmsil edən “Hypers” və “Şəmkir” 4-cü yerə əsas namizəd komandalardır.