Kinoloq ən mehriban it cinsinin adını çəkdi…

30 Aprel 2025 23:45 (UTC+04:00)

…Staffordshire Bull Terrier ən mehriban it cinsidir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Southend Dog Training adlı it təlim mərkəzinin direktoru və baş məşqçisi Adam Spivi deyib.

O, Staffordshire Bull Terrierlərinin sahibləri və uşaqları ilə yaxşı münasibət qurduğunu və eləcə də yad insanlara qarşı da dözümlü olduğunu bildirib.

Lakin məşqçi onu da qeyd edib ki, bu cinsin nümayəndələri tez-tez digər itlərə qarşı aqressiv olurlar.

…Beləliklə, əgər siz hər gün başqa itlərlə qaçmaq üçün itinizi parka aparmağı xəyal edirsinizsə, o zaman Staffordshire Bull Terrier ən yaxşı seçim deyil.

Bunu deyən it mütəxəssisi əlavə edib ki, yeni başlayanlar üçün bu cinsi almamaq daha yaxşıdır, çünki onun sahibləri yüksək məsuliyyət səviyyəsini dərk etməli və itlərlə işləməkdə təcrübəli olmalıdırlar.

Bunu Daily Express yazır.

Buna baxmayaraq, Staffordlar bir ailə üçün ən yaxşı it cinslərindən biridir.

Bunu da Spivi etiraf etməli olub.

Nazlı Almuradova