...Volvo, 18 milyard İsveç kronu (1,87 milyard dollar) dəyərində böyük xərclərin azaldılması proqramını elan edib. Səbəb Tramp administrasiyası tərəfindən şirkətin maliyyə nəticələrinə əhəmiyyətli dərəcədə təsir edən yüksək tariflər olub.
SİA-nın məlumatına görə, Volvo-nun əməliyyat mənfəəti birinci rübdə 60 faiz azalıb və bu, növbəti iki il üçün mənfəət proqnozunun azalmasına səbəb olub. Bundan əlavə, şirkətin səhmləri ilin əvvəlindən 31 faiz azalaraq tarixi minimuma enib.
Buna cavab olaraq Volvo “xərclərin azaldılması və optimallaşdırma planı” elan edib. Buraya əsasən ofis və inzibati heyət arasında ixtisarlar, həmçinin investisiyaların daha dərindən kəsilməsi daxildir. Volvo-nun baş direktoru Xokan Samuelsson bildirib ki, şirkət Geely-nin dəstəyinə arxalanacaq.
Bundan əlavə, Volvo ABŞ-da biznesini yenidən təşkil etmək prosesinə başlayıb, yeni bir region olan "Amerika" yaradıb. Beləliklə, Volvo Çin və ABŞ-ı brend üçün əsas bazarlar kimi görür.
Şirkət həmçinin Cənubi Karolinadakı ABŞ zavodunda istehsalın genişləndirilməsi üzərində işləməyə davam edir və burada yeni model, çox güman ki, plug-in hibrid krossover inşa edəcək.
Nazlı Almuradova