Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Küveytin xarici işlər naziri Abdullah Əli əl-Yəhya ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş çərçivəsində bildirilib ki, Azərbaycan-Küveyt tərəfdaşlığı gələcəyə dair ortaq baxış əsasında möhkəm təməllər üzərində dayanır.
"İnanırıq ki, Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclasının nəticələri də daha geniş regional əlaqələrə, iqtisadi dayanıqlılığa və davamlı inkişafa töhfə verəcək",-məlumatda qeyd edilib.