"Hər iki ölkə artıq bir-birinə tam etimad göstərir" - POLİTOLOQ ŞƏRH ETDİ

30 Aprel 2025 15:05 (UTC+04:00)

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə dövlət səfəri göstərdi ki, Azərbaycanla Çin Xalq Respublikası arasında ümumilikdə ehtimad mühiti son dərəcə zəfər çalan bir göstəricidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, tərəflər bir-birinə açıq qapılar siyasətini yeritməyə artıq hazırdırlar. Bunun əsası hələ bir il əvvəl Astanada "Şanxay Əməkdaşlıq Təşkilatının" zirvə toplantısında qoyulmuşdu: "Həmin toplantıda cənab Prezident İlham Əliyevlə, Çin Xalq Respublikasının sədri Sİ Cinpinin ətraflı danışıqları, görüşləri və o əsnada da strateji tərəfdaşlıq haqqında vacib sənəddə imzalanmış oldu. Bu sənəd demək olar ki, bütün fəaliyyət sahələrinin hamısını əhatə edir və göstərir ki, Bakı ilə Pekin arasında həqiqətən də açıq dialoq davam edəcək. İki ölkə avroasiya məkanında yeni nizamın formalaşmasında yaxından iştirak edirlər. Azərbaycanla Çin arasında imzalanan bu strateji tərəfdaşlıq haqqında sənəd ilk növbədə hər iki ölkənin təhlükəsizliyindən, separatizmə qarşı birgə mübarizəsindən, ticari və iqtisadi əlaqələrin genişlənməsindən, informasiya sahəsində geniş mübadiləsindən xəbər verir. Yəni elə bir sahə yoxdur ki, iki ölkə bir-birlərini birincisi dəstəkləməsinlər və o səviyyədə də, əməkdaşlığı təbliğ etməsinlər. Ona görə bu dəfə də cənab Prezidentin dövlət səfəri zamanı prezidentlərin ətraflı münasibətləri oldu, birgə bəyanatları səsləndi və orada biz bir daha şahid olduq ki, ölkələr bir-birlərinə həqiqətəndə arxalanırlar, inanırlar. Lakin biz etiraf etməliyik ki, Azərbaycanla Çin Xalq Respublikası arasında geosiyasi çəkisi eyni deyil. Çin dünya nəhəngidir. Çin ticari-iqtisadi sahədə çox böyük nailiyyətlər, texnoloji sahədə nailiyyətlər əldə edib. Amma biz də artıq geri qalmırıq və ölkəmizi səviyyəli şəkildə təmsil etməyə çalışırıq. Göstəririk ki, bizimdə ildən-ilə qlobal inteqrasiyaya verdiyimiz paylar və digər tərəfdən də beynəlxalq proqramların, layihələrin işlənməsindəki iştirakımız həqiqətən də unikal rol oynayır. Ona görə Çin bizim bu keyfiyyətimizi yüksək dəyərləndirir. Burada bir göstərici var. Vizaların ləğv olunması ilə bağlı artıq qərar qəbul edilib. Azərbaycan vətəndaşları da artıq Çinə maneəsiz gedə biləcəklər və eləcə də Çin vətəndaşları Azərbaycana viza olmadan gələ biləcəklər. Bu isə onu göstərir ki, hər iki ölkə artıq bir-birinə tam etimad göstərir".