Azərbaycan Mərkəzi Bankında (AMB) investisiya alətlərinin çeşidinin genişləndirilməsi müzakirə edilib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədr müavini Əli Əhmədov "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" İctimai Birliyi, "Bakı Fond Birjası" QSC, Milli Depozit Mərkəzi və investisiya şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.
Görüşdə bu ilin I rübü üzrə kapital bazarlarında əldə olunan nəticələr və investisiya şirkətlərinin fəaliyyəti geniş müzakirə olunub. Həmçinin qarşıdakı dövrdə bazar infrastrukturunun inkişaf etdirilməsi, bazara olan etimadın artırılması və investisiya alətlərinin çeşidinin genişləndirilməsi kimi strateji hədəflər üzrə fikir mübadiləsi aparılıb.