13 saylı Uşaq Musiqi məktəbinin uğurları

30 Aprel 2025 13:04 (UTC+04:00)

Azərbaycan Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş idarəsi Xətai rayon S.Rüstəmov adına 13 nömrəsi Uşaq Musiqi məktəbi əldə etdiyi uğurlarla gündəmə gəlib. Xətai rayon NZS qəsəbəsində yerləşən musiqi məktəbində yaradılan şərait, pedaqoji kollektivin fəaliyyəti valideynlər tərəfindən razılıqla qarşılanır. Məktəbin direktoru Tofiq Salmanov bir musiqişünas kimi keçirilən dərslərə mütamadi olaraq nəzarət edir. Bunun nəticəsidir ki, təhsil ocağı yüksək nüfuzunu qorumağı bacarıb.

İki gün öncə televiziya ekranlarında məşhur oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyinə həsr edilmiş konsert proqramı nümayiş etdirilirdi. Respublikanın xalq artisti Ramiz Quliyevlə birlikdə 13 saylı Uşaq Musiqi məktəbinin skripkaçıların ifa etdikləri musiqi alqışlarla qarşılandı...

Əlbəttə, 13 saylı Uşaq Musiqi məktəbinin kollektivinə, başda məktəbin direktoru Tofiq müəllim olmaqla təşəkkür düşür. Məktəbin yetişdirdiyi şagirdlər müəllimlərin etimadını doğruldur, çəkilən zəhmətin bəhrəsini nümayiş etdirirlər. Afərin belə məktəbə. İnanırıq ki, bundan sonra məktəbinizin sədası daha uca yerlərdən gələcək.

Məmmədhəsən Məmmədov