Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri və xərcləri artıb

30 Aprel 2025 13:17 (UTC+04:00)

2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) gəlirləri 92,347 milyon manat, xərcləri isə 95,865 milyon manat təşkil edib. SİA quruma istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 7,2 % və 9,5 % çoxdur.

Ötən il ƏMDX-nın gəlirlərinin 80,553 milyon manatını qeyri-birja əməliyyatlarından (əvvəlki ilə nisbətən 9,1 % çox), 11,794 milyon mantı isə birja əməliyyatlarından (3 % az) əldə olunub.

Dövlət Xidmətinin xərclərinə gəlincə isə, hesabat dövründə əməkhaqqı və məcburi dövlət sosial sığorta ayırmaları üzrə xərclər 0,2 % azalaraq 22,745 milyon manat, sərf edilmiş materialların dəyəri 14,7 % azalaraq 2,054 milyon manat, amortizasiya xərcləri 10,2 % azalaraq 1,845 milyon manat, sair əməliyyat xərcləri isə 14,8 % artaraq 69,221 milyon manat olub.