"Reqataya maraq ildən-ilə artır" - Fərid Qayıbov

30 Aprel 2025 13:15 (UTC+04:00)

"İştirakçı sayından bəllidir ki, reqataya maraq ildən-ilə artır. Suqovuşanda ilk dəfə keçirilən reqatada bu say 4 idisə, indi isə 20-dən çoxdur. Fürsətdən istifadə edib, mükəmməl təşkilatçılığa görə Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasına təşəkkür edirəm". SİA xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu idman növü üzrə yerli və beynəlxalq yarışlar növbəti illərdə də işğaldan azad edilmiş ərazilərdə keçiriləcək.