"Sabah" və "Qarabağ" klubu cərimələnib

30 Aprel 2025 12:02 (UTC+04:00)

Misli Premyer Liqasında çıxış edən "Kəpəz", "Səbail", "Sabah" və "Qarabağ" klubları cərimələnib. SİA xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

26.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXXII turun “Kəpəz” – “Zirə” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Kəpəz” klubu 1000 manat cərimə edilsin (maddə 43.7);

27.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXXII turun “Səbail” – “Araz-Naxçıvan” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Səbail” klubu 700 manat cərimə edilsin (maddə 37);

27.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXXII turun “Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilsin (maddə 51.2);

27.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXXII turun “Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);