“Çempionların savaşı” turnirində rapid yarışlarına yekun vurulub - FOTOLAR

30 Aprel 2025 09:54 (UTC+04:00)

Bakıda keçirilən şahmat üzrə “Çempionların savaşı” turnirində rapid yarışlarına yekun vurulub. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, kişilərin mübarizəsində Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovla (Özbəkistan) qarşılaşıb.

Rapid partiyalarından sonra R.Məmmədov 4:2 hesablı üstünlük qazanıb.

Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə mübarizə aparıb. Rapid partiyaların yekununa əsasən Günay 3,5:2,5 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, qalib rapid və blits oyunların nəticəsinə əsasən müəyyənləşəcək.