Əməkdar artist avtomobilsiz qaldı

30 Aprel 2025 03:38 (UTC+04:00)

Əməkadar artist Elza Seyidcahan avtomobilsiz qaldığını açıqlayıb. SİA xəbər verir ki, o bu haqda "Qonaqcanlı" verilişində dənışıb.

Əməkdar artist maşınını satma səbəbini isə açıqlamayıb: "Uzun zamandır müəyyən səbəblərə görə maşınımı satmışam. O haqda danışmaq istəmirəm. Məcburən taksidən istifadə edirəm. Onların halına ağlamaq itəyirəm. 20 yaşlı uşaqlar Çin maşınlarını alırlar taksi sürürlər. Amma musiqimizdən xəbərsizdirlər. O qədər gözəl radiolarımız var ki, hansı ki, bütün günü zövqlü mahnılar səslənir. Amma baxırsan ara mahnılarını dinləyirlər. Hamısı da bəhanə edir ki, Çin maşınında radio yoxdur".