Babək rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq

30 Aprel 2025 01:40 (UTC+04:00)

Naxçıvanın Babək rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq. SİA xəbər verir ki, qazın verilməsində fasilənin yaranmasına səbəb 100 mm və 159 mm boruların korroziyaya uğramasıdır.

Bildirilib ki, Babək rayon Qahab, Naxışnərgiz, Nəcəfalıdizə, Nəhəcir və Göynük kəndlərində 30.04.2025 tarixdə saat 09:00 dan müvəqqəti dayandırılacaq.Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.