Avroliqa: "Fənərbağça" yarımfinala yüksəlib

30 Aprel 2025 00:58 (UTC+04:00)

Basketbol üzrə Avroliqada pley-off mərhələsinin oyunları keçirilir. SİA xəbər verir ki, Türkiyə təmsilçisi "Fənərbağça" seriyanın üçüncü matçında səfərdə Fransa "Paris"inin qonağı olub. İlk iki görüşdə qalib gələn İstanbul klubu bu qarşılaşmada da qalib gələrək (98:88) yarımfinala yüksəlib.